Psychology

Uşaqların qaranlıq qorxusu

21 September, 2024

On altı yaşlı yeniyetmə övladım qaranlıqdan çox qorxur. Bu qorxu təbiidirmi?

     Qaranlıqdan möhkəm qorxmaq bu yaşda olmamalıdır. Ola bilər, övladınız qaranlıqda vahiməli bir səhnə ilə qarşılaşaraq qorxub, yaxud dost və həmyaşıdları ilə cin, ruh, ölüm, qəbristanlıq, küpəgirən qarı və s. barəsində söhbət edib.
     Əgər bu qorxunun mənşəyi öncə qeyd edilən iki amildirsə, çox çəkməyəcək və bir müddətdən sonra aradan qalxacaq.
     Əgər bu qorxu davam etsə, çox ehtimal ki, o, əslində stressdir. Çünki yeniyetmə bəzən yerdəyişmə üsulundan istifadə edərək öz iztirabını azaltmaq üçün onu qaranlıq kimi başqa bir şeyə çevirir və ondan qorxur.
     Bəzi hallarda da o özünün daxili qorxularını zahiri qorxular formasında büruzə verir. Yeniyetmənin daxili qorxuları dəyərsizlikdən, bacarıqsızlıqdan, məğlubiyyətdən, cəmiyyət tərəfindən qəbul edilməməkdən, abrının getməsindən, lağa qoyulmaqdan və s. ibarətdir və bunların özünü qaranlıqdan, ayrılıqdan, divdən, cin dən və s. qorxmaq kimi zahiri qorxular formasında büruzə verməsi ehtimalı var.
     Tövsiyəmiz budur ki, onun stressinə səbəb olan amilləri (ailədaxili konfliktlər, ayrı-seçkilik, müqayisə və s.) aradan qaldırasınız və onun daxili qorxusunun güclənməsinə səbəb olan işləri (danlamaq, təhqir etmək, lağa qoymaq, alçaltmaq və s.), xüsusilə başqalarının yanında azaldasınız.
     Yatmamışdan yarım saat əvvəl bir fincan dəmlənmiş göyzaban bitkisi içmək və mavi səmada ağ buludlarla birgə sakitlik sözünün təsəvvür edilməsi, dəniz dalğalarının zehində canlandırılması onun sakitləşməsinə təsir göstərəcək.

Dr. Hüseyn Dehnəvi

Tövsiyyə olunan təqlər

Tövsiyyə kitablar

Seyid Əlirza Təraşiun

Qsdın sirləri

Seyid Əlirza Təraşiun

Cənnət kimi bir ev

Muhsin Abbasivələdi

Serq Ekspresinde Qetl