Child education

Uşaqların tək yatmasına lüzum var?

18 May, 2024

Uşaqların tək yatmasına lüzum var?

Bəzi ailələr belə düşünürlər ki, əgər övladları onların yanında yatsa, rahat olar və birdən gecəyarısı qorxsa, ata-anasını görüb sakitləşər, kabus görsə, ya başqa bir problemlə qarşılaşsa, ona daha rahat qayğı göstərmək və sakitləşdirmək olar. Doktor Uilyam Sirz (William Sears) da "yuxu şərikliyi"nə inanır və həmin üsulu təklif edir. (Uilyam Sirz, Kilidhayi-aram kərdəniye-kudəki-na aram, s. 105)
Biz bir neçə səbəbə görə uşağın yataq otağının ayrı olmasının daha yaxşı olduğuna inanırıq:
1. Kişi-qadın arasındakı cinsi münasibətlər: Əgər uşağın yeri valideynlərlə müştərək olsa, onların cinsi əlaqələri uşağın yanında baş verəcək və nəticədə bu, uşağın tərbiyəsinə dağıdıcı təsir göstərəcək. Çünki ola bilər, gələcəkdə o, vaxtsız həddi-büluğa çatmaqla cinsi sapıntılara düçar olsun. Həzrət Peyğəmbər buyurur: "And olsun canım əlində olana, əgər bir kişi öz həyat yoldaşı ilə cinsi əlaqədə olsa və (həmin vaxt) evdə uşaq oyaq olsa və onları görsə, yaxud onların söz və səslərini eşitsə, (həmin uşaq) heç vaxt nicat tapmaz və sonda zinaya düçar olar". (Hürr Amili, Vəsail, c. 20, s.134)
İmam Məhəmməd Baqir buyurur: "Uşağın - həmin əməli başqalarına rahat şəkildə təsvir edə biləcək uşağın - səni görə biləcəyi yerdə cinsi əlaqədə olmaqdan çəkin". (Hürr Amili, Vəsail, c. 20, s.134) Əgər uşaq bu əməli dərk edə bilməyəcək yaşda olsa, həmin dərk etməməyə görə də onu stress bürüyəcək.
2. Valideynə bağlılıq: Valideynlərinin otaqlarında yatan uşaqlar onlara çox bağlanırlar və bu, gələcəkdə onların müstəqilliyinə zərbə vura bilər.

Dr. Hüseyn Dehnəvi

Interview

Tövsiyyə olunan təqlər

Tövsiyyə kitablar

Seyid Əlirza Təraşiun

Qsdın sirləri

Muhsin Abbasivələdi

Serq Ekspresinde Qetl

Seyid Əlirza Təraşiun

Cənnət kimi bir ev