Child education

Övladımı hansı yollardan istifadə edərək səhər yeməyi yeməyə sövq edə bilərəm?

27 July, 2024

Beş yaşlı övladım səhər yeməyi yemir. Onu hansı yollardan istifadə edərək səhər yeməyi yeməyə sövq edə bilərəm?

     Uşaqların səhər yeməyi yeməməsinin əsas səbəbi ailədə münasib örnəyin olmamasıdır. Yəni ola bilər, valideynlər, böyük bacı və qardaş səhər yeməyinə elə də əhəmiyyət vermirlər. Çalışın, səhər yeməyini ailə ilə birlikdə və tələsmədən rahat yeyin. Ailə üzvlərinin bir birindən ayrı hərəkət etmələri və səhər yeməyini tələsik yemələri uşaqlarda meyilsizlik yaradır. Bundan əlavə, aşağıdakı məqamlara diqqət edin:
     1. Övladınızı yuxudan qalxandan sonra sizinlə birlikdə idman etməyə adət etdirin. Fiziki hərəkətdən sonra uşağın səhər yeməyi yemək iştahası artır. (Əgər hazırlıq qrupuna və ibtidai sinfə gedən uşaqlar idman etmirlərsə, icazə verin, səhər yeməyini paltarlarını geyinib hazır olandan sonra yesinlər.)
     2. Onun üçün ürəyi istəyən səhər yeməyini hazırlayın, hətta pendir ilə mürəbbəni birlikdə yemək istəsə belə. Bəzi uşaqlar belə yeməklərə (məsələn, axşamdan qalan pizza qıçasına, toyuq ətinə, şorba və s.) meyil göstərirlər ki, onlar böyüklər üçün elə də xoşa gələn deyil.
     3. Xüsusi uşaq servisləri (fincan, boşqab, qaşıq, çəngəl) də onda səhər yeməyi yeməyə daha çox maraq yaradır.
     4. Uşağın həftəlik səhər yeməyi proqramının tənzimlənməsində və ona aid qida məhsullarının alınmasında iştirak etməsi də onun səhər yeməyi yeməyə rəğbət göstərməsinə səbəb olur.
     5. Bəzi uşaqlar səhər yeməyi yeyəndə tüklü ayı və ya gəlinciklərini də yanlarında oturtmağı və onlarla bir yerdə yemək yeməyi xoşlayırlar. Onların bu işinə mane olmayın.

     Bir neçə tövsiyə
     A. Səhər yeməyində rəngarənglik yaradın və onu yeknəsəqlikdən çıxarın.
     B. Əgər övladınızın səhər yeməyinin yanında badam, püstə, fındıq, popkorn və bu kimi şeylər yeməsini istəyirsinizsə, onlardan bir az götürüb qablaşdırın və onun içinə mükafatın adı qeyd edilmiş kağız qoyun. Uşağa deyin ki, əgər yeməyinin hamısını yesə, kağızda yazılmış mükafatı da əldə edə bilər.
     C. Həftənin əvvəlində kağız üzərində bir dairə çəkin və uşağa deyin ki, bu dairə günəşdir və mən sənin yediyin hər tikə ilə onun şüalarını təkmilləşdirmək istəyirəm. Günəşin şüaları tam təkmilləşəndən sonra sənə hədiyyə verəcəyəm.
     Ç. Əgər sizin övladınız səhər yeməyini çox yavaş yeyir və bu işə çox vaxt sərf edirsə, rekord təzələmək oyunundan istifadə edin. Belə ki, saatı 30 dəqiqəyə qurun və ondan saat zəng çalana kimi səhər yeməyini qurtarmasını istəyin. Səhərisi gün 30 dəqiqəni 28 də qiqəyə endirin və beləcə, vaxtı normal vaxta çatana kimi azalda-azalda gedin.
     D. Səhər yeməyi yemək üçün çox israr etməyin və heç vaxt zordan və təzyiq üsulundan istifadə etməyin.
     E. Əgər o, bərk yeməklərə meyil göstərirsə, müxtəlif vitaminlərlə zəngin olan təbii portağal şirəsi və ya süd kimi içməlilərdən istifadə edə bilərsiniz.
     Ə. Əgər uşaq müqavimət göstərir və evdə səhər yeməyi yemirsə, bir tikə çörəklə pendirdən buterbrod düzəldin ya çantasına bir az meyvə qoyun ki, avtobusda, avtomobilinizdə, yaxud da uşaq bağçasında yesin.

Dr. Hüseyn Dehnəvi

Male and female relationships

Tövsiyyə olunan təqlər

Tövsiyyə kitablar

Seyid Əlirza Təraşiun

Qsdın sirləri

Muhsin Abbasivələdi

Serq Ekspresinde Qetl

Seyid Əlirza Təraşiun

Cənnət kimi bir ev