Child education

Dörd yaşlı övladım üçün hansı oyunlar münasibdir?

18 May, 2025

Dörd yaşlı övladım üçün hansı oyunlar münasibdir?

     Sizin dörd yaşlı övladınız (istər qız, istər oğlan olsun) üç yaşlı uşaqlara aid oyunlardan əlavə, “qəhrəman oyununa" da çox maraq göstərir və özünü qəhrəmanlara oxşatmaq istəyir.
     Sizin oğlunuz qəhrəmanların roluna girərək pisliklər və şər varlıqlarla mübarizə aparır. Qız uşağı da əfsanələrdə olan qadın qəhrəmanların roluna girərək pis şahzadə, çirkin cadugər və zalım ögey anaya qalib gəlir.
     Bəzən bu qəhrəmanlara olan maraq o qədər güclü olur ki, o, başqalarının onu həmin qəhrəmanın adı ilə çağırmalarını, ona həmin qəhrəmana məxsus oyuncaqların (paltar, niqab, qılınc və s.) alınmasını istəyir. Yaxşı olar ki, siz bəzən onun bu istəklərini yerinə yetirsəniz.
     Bəzən uşaqların, xüsusilə də oğlan uşaqlarının oyunlarının qəhrəmanı həqiqi kobudluq simvoluna çevrilir ki, bu məsələyə diqqət etmək lazımdır. (Çox ehtimal ki, bunun səbəbi oğlan uşaqlarında testosteron hormonunun miqdarının çox olmasıdır.) Bu halda sakit oyun təklifi, yaxud dadlı yeməyin yeyilməsi, yaxud gözəl nağıl, problemi həll edə bilər.
     Sizin övladınız artıq topa zərbə vura bilmək, onu atmaq, tutmaq və tullanmaq bacarığına malikdir. Həmçinin o, velosipedini pedalı fırlayaraq dala sürə, qayçı (əl bəttə, böyüklərə məxsus qayçı yox, oyuncaq qayçı) ilə kağızları kəsə, daha mürəkkəb pazlları quraşdıra, kukla teatrı icra edə, televiziya proqramlarını yamsılaya bilir.
     O, on ədəd kub fiquru üst-üstə yığaraq sizə göstərdikdən sonra 6 kubdan üç dənə pilləkən düzəldə, "ilan və nərdivan" oyununda uğur qazana bilir.

Dok. Hüseyn Dehnəvi

Tövsiyyə olunan təqlər

Tövsiyyə kitablar

Muhsin Abbasivələdi

Serq Ekspresinde Qetl

Seyid Əlirza Təraşiun

Qsdın sirləri

Muhsin Abbasivələdi

Bizim Digər Mənimiz