Child education

Bir yaşlı övladıma təhlükədən uzaq olmağı öyrədə bilərəm? Bunu necə etməliyəm?

21 January, 2025

Bir yaşlı övladıma təhlükədən uzaq olmağı öyrədə bilərəm? Bunu necə etməliyəm?

     Siz azyaşlı övladınıza təhlükədən uzaq durmaq və qorunmağın yolunu öyrədə bilərsiniz. Sizin bu işi görməyiniz zəruridir. Çünki onu evdə həbs edə bilməzsiniz.
     Övladınız hələ körpə olduğu, danışmadığı və məntiqi izahları dərk etmədiyi üçün onun başa salınması xüsusi üsullardan istifadə etməklə mümkün ola bilər.
     Təhlükəli hərəkətlər edən zaman onu məzəmmət etməkdən və dil ilə çəkindirməkdə ifrata varmaqdan çəkinin. Çünki bu işdə ifrata varmaq uşağın zəruri hallarda diqqətsizliyinə səbəb olur.
     Bu istiqamətdə ən yaxşı üsul evdə təhlükəyə zəmin yaradan şəraiti aradan qaldırdıqdan sonra təhlükəli hadisə zamanı övladınızın yanına getmək və onu yerdən qaldıraraq təhlükəli işdən qətiyyətlə çəkindirməkdir.
     Əgər təhlükəli əşya, məsələn, bıçağı əlinə götürübsə, onu övladınızın əlindən alın (diqqətli olun, bıçağı və bu kimi şeyləri onun əlindən çəkməyin) və qətiyyətlə "bıçağa əl vurma!" deyin. Sizin bir yaşlı övladınız hələ danışa bilməsə də, sizə onu bu sözlərlə çəkindirməyinizi tövsiyə edirik. Əmin olun ki, o sizin məqsədinizi başa düşəcək. Əlbəttə, "cızzadı; olmaz; qorxuludu və s." kimi sözlərdən istifadə etmək də təsirlidir.
     Ola bilər, uşaq siz onu çəkindirəndə məzəli hərəkət edərək özünü şirin göstərsin və əvvəlkindən də sevimli olsun. Əgər bu vaxt gülümsəsəniz, yaxud gülsəniz, o sizin ikili davranışınızdan belə qənaətə gələcək ki, onunla zarafat edir, yaxud əylənirsiniz. Buna görə də hisslərinizə hakim olun və onu qətiyyətlə (amma mübarizə tonunda yox) təhlükəli hərəkətindən çəkindirin.
     Təbii ki, o, əlindəki təhlükəli şey alınandan sonra ağlayacaq və səs-küy salacaq. Bu cür davranışların qarşısını almağın ən yaxşı yolu "fikrin yayındırılması" üsulundan istifadə etmək və onun başını başqa bir maraqlı şeylə qarışdırmaqdır.
     Azyaşlı övladınız isti yemək qazanına və ya içində çay olan fincana tərəf gedəndə sürətlə ona tərəf gedin və onun qarşısını alın. Sizin bu hərəkətinizin səbəbini başa düşməsi üçün isti yemək qabı, yaxud fincanı onun əlinə yaxınlaşdırın ki, onun istiliyini hiss etsin. Bununla eyni zamanda "cızzadı, olmaz, istidi" kimi sözlərdən istifadə edin. Bu üsuldan ləğv edilməsi və ya yerinin dəyişdirilməsi qeyri-mümkün olan qaz sobasının təhlükəsini başa salmaq üçün də istifadə etmək olar.
     Əgər mismar və ya ona bənzər bir şeyin elektrik rozetkasına salınması kimi daha təhlükəli hərəkətlərlə qarşılaşsanız, daha kəskin reaksiya verməkdən başqa çarəniz yoxdur. Təklif edirik ki, bu kimi hallarda onu bu işdən qətiyyətlə çəkindirməkdən əlavə, əlinizlə (əl bəttə, açıq barmaqlarla) onun əlinin arxasına yavaş bir şillə də vurasınız. Əgər belə etsəniz, əlinə dəyən zərbə və onun yanğısı uşağın beyninə siqnal ötürəcək və əgər o bu hərəkəti bir də təkrar etsə, həmin siqnal yadına düşəcək və onu bu işdən çəkindirəcək.

Dr. Hüseyn Dehnəvi

Interview

Tövsiyyə olunan təqlər

Tövsiyyə kitablar

Muhsin Abbasivələdi

Serq Ekspresinde Qetl

Muhsin Abbasivələdi

Bizim Digər Mənimiz

Seyid Əlirza Təraşiun

Qsdın sirləri

Seyid Əlirza Təraşiun

Cənnət kimi bir ev