Family relations

Həm mən, həm də həyat yoldaşım işləyirik və övladımızla oynamaq imkanımız yoxdur. Sizcə, müxtəlif oyuncaqların alınması bu boşluğu doldura bilərmi?

19 June, 2025

Həm mən, həm də həyat yoldaşım işləyirik və övladımızla oynamaq imkanımız yoxdur. Sizcə, müxtəlif oyuncaqların alınması bu boşluğu doldura bilərmi?

     Övladınıza oyuncaq lazımdır, amma o, valideynin onunla oynamasının yerini doldurmur.
     Təəssüf ki, müasir dünyamızda bəzi valideynlər işlərinin çoxluğu səbəbindən övladları ilə oynamır, oyuncaq və elektron oyun vasitələrinin (sega, playstation, sony, kompüter və s.) onların boş yerini dolduracağını güman edirlər.
     Sizin övladınızın müxtəlif ehtiyacları var. Həmin ehtiyaclar müxtəlif hissələrdən ibarət olan və heç bir hissəsi başqasının yerini tuta bilməyən pazl kimidir. Buna görə də ona ehtiyacı olan qədər oyuncaq və hətta elektron oyun vasitələri alın, lakin onunla oynamaq üçün də xüsusi vaxt ayırın.
     Əgər həm ata, həm də ana gün ərzində övladları ilə oynamaq üçün ayrı-ayrılıqda bir saat faydalı vaxt ayırsalar, kifayətdir. Əlbəttə, həmin vaxtın birdəfəlik ayrılması zəruri deyil və onu bir neçə dəqiqəlik müxtəlif zamanlara da bölmək olar.

Dok. Hüseyn Dehnəvi

Male and female relationships

Tövsiyyə olunan təqlər

Tövsiyyə kitablar