Child education

Təqribən 2 yaşı olan uşaq üçün hansı oyunlar münasibdir?

06 May, 2025

Təqribən 2 yaşı olan uşaq üçün hansı oyunlar münasibdir?

     Bu yaşda olan uşaq paralel şəkildə, yəni başqa uşaqların yanında, amma onların iştirakı olmadan oynayır. "Simulyasiya" oyunu onun üçün çox maraqlıdır. Məsələn, o, avtomobil sükanına bir oxşayan əşyanı əlinə götürərək özünü maşın sürən adam kimi göstərir və maşın səsinə oxşayan səs çıxarır. Zooparka gedib heyvanları görəndə özünü onların biri kimi göstərir və onların hərəkət və səslərini yamsılayır.
     "Simulyasiya" oyununun xeyirlərindən biri budur ki, uşaq acı təcrübənin fəsadlarını bərpa edir və öz manfi mövqeyini (qorxaqlığı) müsbət mövqeyə (şücaətə) çevirir.
     Bu yaşda onun gizlənqaç oyununa marağı olur. Bu oyun uşağın oyundan həzz almasından əlavə, onun ayrılıq qorxusunu da azaldır.
     İki yaşlı uşaq ritmik səsləri olan oyunlardan həzz alır. Böyük qutuların içinə girib-çıxmaq, əşyaların qutuya qoyulması və qutunun içindən götürülməsi, qələmin kağız üzərində dala-qabağa aparılması ilə xətlərin çəkilməsi və iynə-iynə kimi oyunlar da onun həvəsi olan oyunlardandır.
     Sizin iki yaşlı övladınız artıq bir neçə hissədən ibarət oyuncaqlardan altı hissədən ibarət binalar tikmək, böyük təkərli oyuncaqları itələmək və ya çəkmək, kiçik oyuncaqları isə əli ilə sürmək mərhələsindədir. O, üç təkərli velosipedinin üstündə oturub ayaqlarını yerə sürtərək onu qabağa apara bilir.

Dr. Hüseyn Dehnəvi

Социология

Tövsiyyə olunan təqlər

Tövsiyyə kitablar