Child education

Beş yaşlı qızım həmyaşıdları ilə oynayandan sonra onlardan çətinliklə və ağlayaraq ayrılır. Bu problemi necə həll edim?

04 June, 2025

Beş yaşlı qızım həmyaşıdları ilə oynayandan sonra onlardan çətinliklə və ağlayaraq ayrılır. Bu problemi necə həll edim?

     Bu, əksər ailələrin qarşılaşdığı problemdir. Çünki uşaqların çoxuna oyunu başa vurub həmyaşıdlarından ayrılmaq çətindir. O, həmyaşıdları ilə xoş anlar yaşayıb və bilir ki, onun onlardan ayrılması həmin xoş anların qurtarması deməkdir.
     Bu problemin qaydaya salınması üçün aşağıdakı üsullardan istifadə edin:
     1. Özünüzün qohum və dost-tanışla əlaqələrinizi artırın. Bu problemin əsas səbəblərindən biri övladınızın həmin xoş anların təkrarlanmamasından, yaxud gec təkrarlanmasından narahat olmasıdır.
     2. Qohumlarla əlaqə saxlamaq qeyri-mümkün, ya da çətin olanda övladınızın parklara və uşaqların çox olduğu ümumi mühitlərə getməsinə daha çox şərait yaradın ki, o, həmyaşıdları və müvəqqəti dostları ilə qısamüddətli əlaqələr quraraq həmin ehtiyacını ödəsin.
     3. Evdə onun oynamasına daha çox vaxt ayırın.
     4. Bəzi həmyaşıdlarla əlaqə yaradılmasında ifrata varmayın. Adətən həmyaşıdlara çox bağlanmaq bu problemi daha da artırır.
     5. Ayrılmamışdan ən azı 15 dəqiqə qabaq ona oyunu sona çatdırmalı və hazırlaşmalı olduğunu bildirin. Yaxşı olar ki, bu xəbərdarlığı hər 5 dəqiqədən bir təkrarlayasınız. Yadınızda qalsın ki, uşaqların bir fəaliyyətdən başqa bir fəaliyyətə keçmələri üçün zaman lazımdır.
     6. Əgər o, ayrılmamaq üçün müqavimət göstərsə ona deyin ki, evə çatandan sonra dostu ilə bir az telefonla danışa bilər.
     7. Onun dostu ilə gələn görüşü üçün vaxt təyin edilməsi də onun dostundan rahat ayrılmasına köm edir.
     Bəzi uşaqlar sizsiz qonaq evində qalmağa israr edirlər. Əgər şərait münasibdirsə (uşaq münasib yaşdadırsa, ev sahibi ilə qohumluq əlaqələriniz yaxındırsa, uşağın səhhətində problem yoxdursa, əxlaqi məsələlərə riayət edilirsə, onun orada bir dəfə qalması bağlılıq yaratmayacaqsa və s.) sizin istisna hallarda onunla razılaşmağınızda problem yoxdur. Əks təqdirdə onun istəyinə qarşı çıxmaqdan başqa çarəniz yoxdur və bu halda onun ağlamağına və qışqırıq salmasına əhəmiyyət verməyin.

Dok. Hüseyn Dehnəvi

Male and female relationships

Tövsiyyə olunan təqlər

Tövsiyyə kitablar

Muhsin Abbasivələdi

Bizim Digər Mənimiz

Muhsin Abbasivələdi

Serq Ekspresinde Qetl

Seyid Əlirza Təraşiun

Qsdın sirləri