Child education

Altı yaşlı övladım həmyaşıdları, bəzən də atası ilə oynayanda saxtakarlıq edir. Mən ona bu əməlinin düzgün olmadığını necə başa salım?

08 June, 2025

Altı yaşlı övladım həmyaşıdları, bəzən də atası ilə oynayanda saxtakarlıq edir. Mən ona bu əməlinin düzgün olmadığını necə başa salım?

     Oyunda saxtakarlıq etməyin mənası oyun qaydalarına riayət etməməkdir. Sizin 6 yaşlı övladınızın gözündə bu, böyüklərin bildiyi saxtakarlıq deyil. Hətta ola bilər, o, həqiqətən də, oyunun qaydalarını dərk etmir.
     Bu problemin aradan qaldırılması üçün oyunun qaydalarını bir daha övladınızın yadına salın və ona deyin ki, əgər atası, yaxud həmyaşıdları ilə oynamaq istəyirsə, gərək, oyunun qaydalarına riayət etsin, əks halda onların ona inamı itəcək və bir daha onunla oynamayacaqlar və bu məsələ onun hətta başqa həm yaşıdlanı ilə münasibətlərinə də təsir göstərəcək.
     Bəzi uşaqların oyunda saxtakarlıq etmələrinin səbəbi onların məğlubiyyəti həzm edə bilməmələridir. Siz, gərək, onun bu barədəki dözümünü artırasınız.

Dok. Hüseyn Dehnəvi

Tövsiyyə olunan təqlər

Tövsiyyə kitablar

Seyid Əlirza Təraşiun

Cənnət kimi bir ev

Seyid Əlirza Təraşiun

Qsdın sirləri

Muhsin Abbasivələdi

Bizim Digər Mənimiz 1-4