Child education

Bir yaşdan aşağı uşaqlar üçün hansı oyunlar münasibdir?

02 March, 2025

Bir yaşdan aşağı uşaqlar üçün hansı oyunlar münasibdir?

     Bir yaşdan aşağı uşaqlar (oturmaq, sinə üstündə sürünmək, durmaq, üzü üstə yatmaq və bazuların üstündə durmaq kimi) fəal oyunlardan əlavə, funksional, yaxud praktiki oyunlara da çox böyük həvəs göstərirlər. Məsələn, cığcığanı tərpədəndə səs çıxarır, gəlinciyə zərbə vuranda silkələnir, boş qutuya yumruq vuranda ondan səs çıxır.
     Uşaq bu oyunu oynayanda gülümsəyir və bəzən sevincinin əlaməti olan səslər çıxarır.
     Bu yaşda olan uşaqlar üçün çox maraqlı oyunlardan biri gizlənqaç oyunudur. Uşaqla bu oyunu onun həyatının ilk aylarından əllərdən istifadə edərək, sonrakı aylarda isə divanın, qapı və ya divarın arxasından oynamaq olar. Bu oyunun uşağa xeyri budur ki, o, uşağı əyləndirməkdən əlavə, ayrılıq qorxusunu da azaldır.
     Bu yaşda uşağı əyləndirən oyunlardan biri də gizlədilmiş oyuncaqların tapılması oyunudur, əlbəttə, oyuncağın onun öz yanında yorğan, yaxud başqa şeyin altında gizlədilməsi şərti ilə. O, həmçinin oyuncaqları ətrafa atmaqdan həzz alır və oyuncağın yerə düşməsi səhnəsi və ya ondan yaranan səs uşağı sevindirir, həyəcanlandırır.
     Sizin 1 yaşdan aşağı övladınız oyuncaqları bir-birinə vurmaqdan, onları döşəmənin üzərində möhkəm sürüməkdən, səs yaratmaqdan, kiçik əşyaları barmağı ilə qabağa itələməkdən də həzz alır. Əl çalmaq oyunu, boş kağız borulara üfürmək, heyvanların səsini yamsılamaq da onun üçün maraqlıdır.

Dr. Hüseyn Dehnəvi

Tövsiyyə olunan təqlər

Tövsiyyə kitablar

Muhsin Abbasivələdi

Serq Ekspresinde Qetl

Seyid Əlirza Təraşiun

Qsdın sirləri

Muhsin Abbasivələdi

Bizim Digər Mənimiz

Seyid Əlirza Təraşiun

Cənnət kimi bir ev