Uşağın tərbiyəsində fiziki cəzanın yerinə hansı yollardan istifadə etmək olar?
05 Dekabr, 2025 58
Uşağın tərbiyəsində fiziki cəzanın yerinə hansı yollardan istifadə etmək olar?
Siz fiziki cəzanın yerinə qabaqlayıcı üsullardan istifadə edə bilərsiniz:
1. Müvəqqəti məhrumiyyət: Bu üsul azyaşlı uşaqlar (daha çox beş yaşdan aşağı uşaqlar) üçün münasibdir. Belə ki, onu yaşının hər ili müqabilində bir dəqiqə adi fəaliyyət üçün imkan olmayan otaqda (əlbəttə, qaranlıq və qorxulu yox) saxlayın. Məsələn, üç yaşlı uşağı üç dəqiqə müddətində bir otaqda qalmağa məcbur edir və adi fəaliyyətdən (oynamaqdan, televizora baxmaqdan və s.) məhrum edirsiniz.
Əgər övladınız müqavimət göstərsə, onun məhrumiyyət müddətini ikiqat artırın. Təzə ayaq açan uşaqları isə bir stulda oturdub yanlarında dayanmaq olar.
2. Məhrumetmə: Bu üsul bütün yaşlar üçün münasibdir. Belə ki, biz uşağı müvəqqəti olaraq və yaşına uyğun şəkildə oyuncaq, televizor, kompüter, cib xərcliyi və sairədən məhrum edirik.
3. Küsmək: Küsmək uşaq və yeniyetmənin rəftarının islah edilməsi üçün olduqca təsirli vasitələrdəndir. Əlbəttə, o, uzunmüddətli olmamalı və ondan istifadədə ifrata varılmamalıdır.
4. Hiss və duyğuların təhrik edilməsi: Uşaq və yeniyetmənin davranışını islah etmək üçün onun hisslərini
("mən sənin bu əməlinin dərdini çəkirəm", "mən sənin bu işindən narahatam" və s. kimi) emosional cümlələrlə təhrik etmək olar. Bunu da unutmayın ki, bu üsuldan ardıcıl istifadə etmək onu təsirsiz edir.
Bəzi valideynlər (xüsusilə analar) "sən bu işinlə məni qocaldırsan; sənin bu əməlin məni öldürəcək" kimi cümlələrlə uşaqların hisslərini təhrik etməkdə ifrata varırlar. Bu, uşağın hisslərini korlayır və mənfi psixoloji izlər buraxır.
5. Ver-al: Uşağın bir çox şeylərə ehtiyacı var. Əgər o sizin onun öz rəftarını düzəltmək barədəki istəklərinizə laqeyd yanaşırsa, hansısa ehtiyacını aradan qaldırılması üçün sizin yanınıza gələcəyi vaxtı gözləyin. Bu vaxt ona deyin: "Mənim də istəyim var. Sən mənim istəyimi yerinə yetir (ver), mən də sənin ehtiyacını təmin edim (al)".
6. Fiziki cəza təhdidi: Öncə qeyd edilən yolların heç birinin təsiri olmayan təqdirdə, onu fiziki cəza ilə hədələmək (əlbəttə, dolayı yolla və üstüörtülü şəkildə) təsirli ola bilər.
Dok. Hüseyn Dehnəvi