On iki yaşlı oğlum peyk antenasından yanlış istifadə edən qohumlardan birinin evinə gedir. Görəsən, bu cür əlaqələr mənim övladıma mənfi təsirlər göstərirmi?
19 Mart, 2026 33
On iki yaşlı oğlum peyk antenasından yanlış istifadə edən qohumlardan birinin evinə gedir. Görəsən, bu cür əlaqələr mənim övladıma mənfi təsirlər göstərirmi?
Mühitin insanın ruhuna təsir göstərməsi şübhəsizdir.
İmam Əli buyurur:
"Zaman (mühit) xəbisləşəndə dəyər aradan gedǝr". (İbn Əbilhədid, Şərhu Nəhcil-bəlağə, c. 20, s. 270)
Münasib olmayan mühitə peyk antenalarından yanlış istifadə də əlavə olunsa, vəziyyət daha da pis olacaq. Peyk antenasının yeniyetməyə mənfi təsirlərinə misal olaraq fəsad, cinsi təhriklər, dini dəyərlərə hörmətsizlik, Quranın səhv təfsir edilməsi və sairəni göstərmək olar.
Bu mənfi təsirlərin əlaməti onun yeniyetmədə bir sıra şübhələr yaratmasıdır. Bu özünü çoxsaylı suallar şəklində göstərir.
Yeniyetməliyin ilk illərində (12-14 yaşlarda) cinsi meyillər özünü büruzə verdiyi və şəxsiyyətin formalaşmasına zəmin yarandığı üçün mühitin təsiri daha çox olur.
Bir neçə tövsiyə
1. Övladınızın belə bir mühitdə olmasına dolayı yollarla mane olun. Bunun üçün aşağıdakı üsullardan istifadə edin:
A. Onun yaxşı ailələrlə əlaqələrini çoxaldın. (Əgər övladınız mənfi işlərə meyillidirsə, təbii ki, dindar ailələrlə əlaqələrə uyğunlaşa bilməyəcək. Buna görə də yaxşı olar ki, əvvəl sağlam ailələrlə - dindar olmasalar belə - əlaqə qurun və sonra tədricən onu dindar ailələrlə tanış edin.)
B. Evdə onun üçün maraqlı və halal məşğuliyyət imkanları (kompüter, elektronika, qrafika, münasib audiovizual disklər, maraqlı və dəyərlərdən bəhs edən romanlar, idman avadanlıqları və s.) tədarük görün.
2. Müqavimət göstərərək münasib olmayan mühitə getməyə təkid edəcəyi təqdirdə siz də onunla gedin ki, hiss olunmayacaq şəkildə onu nəzarətdə saxlaya biləsiniz.
3. Emosional məqamlarda və dolayı yollarla münasib olmayan mühit və pis dostun mənfi təsirləri barədə onu məlumatlandırın.
Ola bilər, yeniyetmə övladınız sizin xəbərdarlığınız müqabilində özünün qeyri-münasib dostlarının və mühitin təsiri altına düşmədiyini desin. Siz ona deyin ki, sağlam almaların yanında bir dənə çürük alma olanda, o, sağlam almaların hamısını xarab edir.
İnsanın imanının təməli möhkəm olarsa, o, çirkli mühitlərin təsiri altına düşmür. İqbal Lahuri və bir çox mömin şəxsiyyətlər qərbdə təhsil alıblar, amma həmin mühitin mənfi təsiri altına düşməyiblər.
İqbal Lahuri deyir: "Uzun illər qərb təlimlərinin təndiri içində oldum, amma Nemrudun tonqalından salamat çıxan İbrahim kimi, mən də oradan sağlam fikirlə çıxdım".
Dr. Hüseyn Dehnəvi