Bizimlə əlaqə saxlayın

Uşaq tərbiyəsi

Altı yaşdan yuxarı uşaqların yalançılığının səbəbləri nədir?

20 Oktyabr, 2025 43

Altı yaşdan yuxarı uşaqların yalançılığının səbəbləri nədir?

     Altı yaşdan sonra yalançılığın bir sıra səbəbləri var:
     1. Mühit: Ailə üzvlərinin, yaxud qohumların yalançılığı uşağı yalançı edir. Məsələn, evin qapısı döyülür. Ata bilir ki, gələn onun pul borclu olduğu şəxsdir. Uşağa deyir ki, get de atam evdə deyil. Ata dolayı yolla uşağa yalançılığı öyrədir.
     Yaxud uşaq hansısa bir xoşagəlməz iş görür və ata-anası ona deyir ki, sənin filan işi gördüyün haqqında xəbəri bizə qarğa gətirib. Uşaq sonradan yavaş-yavaş başa düşür ki, bu, yalandır. Buna görə onun özü də yalan danışmağa başlayır. Bundan əlavə, onun valideynlərinə inamı da itir.
     Bilmək lazımdır ki, mühit təkcə ev ilə məhdudlaşmır və yalançılıq uşağa məktəbdən, məhəllədən, qohumların evindən və s. keçə bilər. Buna görə də mühiti islah etmək lazımdır. Uşağın yanında, hətta zarafatla da yalan danışmayın. Uşağın yanında heç "tövriyǝ" (ikibaşlı söz danışmaq) də etməyin.
     2. Diqqətin cəlb edilməsi: Uşaqların diqqətə fitri ehtiyacı var və onlar bəzən başqalarının diqqətini özlərinə cəlb etmək üçün yalan danışırlar. Tövsiyə edirik ki, bu yolla başqalarının diqqətini cəlb etməyə məcbur olmamaları üçün onlara kifayət qədər diqqət edəsiniz.
     3. İntiqam almaq: Uşaq bəzən başqasından intiqam almaq üçün yalan danışır. Bəhram ilə Şəhram qardaşdırlar. Bəhram Şəhramı döyür və Şəhram Bǝhramna müqavimət göstərmək qüdrətinə malik olmadığı üçün yalandan atasının yanında günahı onun boynuna yıxır ki, ata onu danlasın, cəzalandırsın və beləliklə, ondan intiqam alsın.
     Bu halda, gərək, ona insaf dərsi keçəsiniz ki, başqasından intiqam almaq üçün yalandan istifadə etmək xoşagələn iş deyil.
     4. Fiziki cəza qorxusu: Əgər uşaqlar fiziki cəzadan amanda olsalar, yalan danışmazlar. Əgər uşaq bilsə ki, xoşagəlməz bir iş görəcəyi təqdirdə valideyn və ya müəllimi onu cəzalandırmayacaq, əksinə, onu başa salacaq və lazım gələndə ondan gileylənəcəklər, həqiqəti deyər.
     Tövsiyə edirik ki, uşaq yaramaz iş görəndə qabaqlayıcı mexanizmlərdən, yəni üz turşutmaq, məhrumiyyət, hisslərin təhrik edilməsi, küsmək, ver-al kimi üsullardan istifadə edəsiniz və fiziki cəzadan tam çəkinəsiniz.
     5. Tapşırığın çoxluğu: Uşaqlara onların imkanından artıq tapşırıq verən müəllim onları yalan danışmağa sövq edir və uşaq tapşırıqları yerinə yetirməməsini əsaslandırmaq üçün yalan dınışır.
     6. Hədsiz umacaq: Valideyn və müəllimin istəyinin həddən artıq olması uşağı yalana sövq edir. Valideyn və ya müəllim uşağa deyir: "Nə üçün riyaziyyatdan 4 almısan? Biz səndən 5 gözləyirdik". Uşaq yalandan deyir: "Vaxtım az oldu, çatdırmadım…" Uşaqlarınızdan tələbiniz onların imkan və intellektual səviyyələrinə uyğun olsun.
     7. İstəklərə çatmaq: Uşaqlar bəzən öz istəklərinə çatmaq üçün yalan danışırlar. Bu halda onları mənəvi dəyərlərlə və böyüklərimizdən nəql edilmiş hədislərlə tanış edin ki, bu əməlin pis olduğunu dərk etsinlər (onların ibtidai ehtiyaclarının aradan qaldırılmasına diqqət edin).

Dok. Hüseyn Dehnəvi

Müsahibələr

Tövsiyyə olunan təqlər

Tövsiyyə kitablar

Muhsin Abbasivələdi

Bizim Digər Mənimiz 1-4

Seyid Əlirza Təraşiun

Qadın sirləri

Seyid Əlirza Təraşiun

Cənnət kimi bir ev