Bizimlə əlaqə saxlayın

Sosiologiya

Oğlum yeddinci sinifdə oxuyur. O, dərslərini oxumur. Mən onu bu işə necə sövq edim?

07 İyun, 2026 30

Oğlum yeddinci sinifdə oxuyur. O, dərslərini oxumur. Mən onu bu işə necə sövq edim?

Hər şeydən əvvəl ondan bütün cəhətlərdə ən yaxşı olmasını ummaq təsəvvürünü zehninizdən çıxarın və bilin ki, hər bir uşaq və yeniyetmənin hansısa bir xüsusi sahədə istedadı var və onun bütün cəhətlərdə ən yaxşı olmasına lüzum yoxdur.
Həzrət Əli buyurur:
"İnsanların xeyri həmişə onların arasındakı fərqdədir. Əgər onlar eyni olsalar, məhv olarlar". (Üyuni əxbari ər-Riza, c. 1, s. 58)
Valideynlərin çoxu uşaqlarının "5" qiymət almağına maraq göstərir ki, bu da düz deyil. Əsas məsələ sizin övladınızın, hətta 5 almasa belə, bacardığı qədər çalışmasıdır.
Uşaqdan onun intellektual bacarığından artıq şey gözləmək bəzi ailələrin yol verdikləri səhvlərdəndir.
Sizin övladınızın dərsə laqeydliyi aşağıdakı səbəblərdən ola bilər:
1. Həddən artıq həssaslıq: Sizin övladınız yeniyetməlik dövrünə daxil olub və müstəqillik hissinə malikdir. Buna görə də sizin ardıcıl öyüd-nəsihətləriniz ona dolayısı ilə bu fikri çatdırır ki, sən hələ uşaqsan və böyüməmisən. Bu fikir onu öz müstəqilliyini isbat etmək üçün inadkarlığa sövq edir. Buna görə də nəsihətləri saxlayın və bu məsələyə çox həssaslıq göstərməyin. Qoyun, təhsili haqqında özü düşünsün və onda daxili məsuliyyət hissi yaransın.
2. Aramsız ailə mühiti: Əgər həyat yoldaşınızla mübahisəniz varsa, əgər böyük qardaş və ya bacısı onu incidirsə, bunlara son qoyulmalıdır.
3. Tibbi mənşəli süstlük və tənbəllik: Ola bilər, yeni-yetmənin dərsə həvəssizliyinin tibbi mənşəyi var (qara ciyəri pis işləyir, böyrəkləri xəstədir, hormon problemləri var). Bu zaman həkimə müraciət etmək lazımdır.
4. Qida rejimi: Davamlı şəkildə (yumurta, süd, qatıq, turşular, turş meyvələr, sirkə, inək əti və s. soyuq təbiətə malik yeməklərdən istifadə edilməsi yeniyetməni süstlüyə sövq edir. Buna görə də tövsiyə edirik ki, bu kimi yeməklərlə yanaşı, isti yeməklərdən də istifadə edilsin. Qlikoza ağır həzm olunduğu üçün çox şirniyyat yemək də bədəndə süstlük yaradır.
5. Özünü başqalarına oxşatmaq: Bu ehtimal da var ki, yaxınlarınız arasında savadsız, amma imkanlı adamlar var və övladınız onları özünə örnək götürüb. Gərək, onu ailə həyatı və uşaq tərbiyəsində uğur əldə etmiş və xüsusi ictimai mövqeyə malik savadlı qohumlarla tanış edəsiniz.

Dok. Hüseyn Dehnəvi

Tövsiyyə olunan təqlər

Tövsiyyə kitablar

Muhsin Abbasivələdi

Bizim Digər Mənimiz 5-6

Seyid Əlirza Təraşiun

Cənnət kimi bir ev

Seyid Əlirza Təraşiun

Qadın sirləri

Muhsin Abbasivələdi

Bizim Digər Mənimiz 1-4