Bizimlə əlaqə saxlayın

Ailə münasibətləri

Bacılar arasında səmimi münasibət yaratmaq

02 Avqust, 2024

On üç yaşlı qızım on beş yaşlı bacısının onu sevməsinə baxmayaraq, ona diqqətsizlik göstərir və onu sevmir. Onların arasında səmimi münasibət yaratmaq üçün nə edim?

     1. Sizin on üç yaşlı qızınız yeniyetməlik dövrünə təzə daxil olub və onun, bacısından çox diqqətə ehtiyacı var. Çox ehtimal ki, o sizin diqqətinizi özünə cəlb etmək üçün belə edir. Buna görə də bu məsələdə çox həssaslıq göstərməyin və onun, bacısı ilə yola getmədiyi vaxtlarda ona diqqət etməyin.
     2. Onların arasında səmimi əlaqə yaratmaq üçün birbaşa müdaxilə etməyin. Çünki o öz müstəqilliyini isbat etmək üçün sizin istəyinizin əksini edəcək.
     3. Böyük bacısına deyin ki, ona məhəbbət göstərməkdə ifrata varmasın. Nazın çox çəkilməsi onun bu davranışını daha da möhkəmləndirir.


     Onların arasında səmimiyyət və məhəbbət yaratmaq üçün aşağıdakı üsullardan istifadə edərək zəmin yaradın:
     A. Onlara müştərək məsuliyyətlərin tapşırılması; B. Ailə məşvərət toplantılarının keçirilməsi; Ailə üzvləri ilə kollektiv oyunların keçirilməsi; C. Ailəvi səfərlər.

Dr. Hüseyn Dehnəvi

Tövsiyyə olunan təqlər

Tövsiyyə kitablar

Seyid Əlirza Təraşiun

Qadın sirləri

Muhsin Abbasivələdi

Bizim digər mənimiz

Seyid Əlirza Təraşiun

Cənnət kimi bir ev