Bizimlə əlaqə saxlayın

Psixologiya

Uşaqların yuxudan sonra deyinmək və bəhanə gətirməyini aradan qaldırmaq

20 İyul, 2024

Hazırlıq yaşında olan övladım səhər yuxudan oyanandan sonra deyinir və hər şeyə bir bəhanə gətirir. Bunun səbəbi nədir və onun bu xüsusiyyətini necə aradan qaldıra bilərəm?

     Uşağın səhər vaxtı deyingənlik etməsi və hər şeyə bir bəhanə gətirməsi müəyyən qədər təbiidir və bu xüsusiyyət 2 yaşında və həddi-büluğ dövründə yüksək həddə olur. Uşaqların səhər deyingənliyi onun yuxusunun az olması, xəstəlik, (valideynlər arasındakı konfliktlərdən, ailədə yeni uşağın doğulmasından, bacı qardaşları tərəfindən incidilməsindən və sairədən doğan) psixoloji sıxıntı, onun yuxudan yuxu görəndə oyadılması, təzyiqdən istifadə edərək oyadılması kimi səbəblərdən, bəzən də diqqəti özünə cəlb etmək üçün olur ki, bunların aradan qaldırılması lazımdır.

     Bir neçə tövsiyə
     1. Onun yalançı bəhanələrinə elə də əhəmiyyət verməyin və özünü düşünülmüş surətdə görməməzliyə vurmaq üsulundan istifadə edin ki, əgər onun bu hərəkəti diqqəti cəlb etmək üçündürsə, aradan qalxsın.
     2. Uşağa səhər vaxtı nəyisə öyrətməkdən çəkinin. Çünki o sizin sözlərinizi qəbul etməyə əsla hazır deyil. Sakitliyin öyrədilməsini və yalandan bəhanə gətirməyin pis iş olmasının başa salınmasını emosional vaxtlara saxlayın, azyaşlı uşaqlar üçün isə nağıl danışmaq üsulundan istifadə edin.
     3. Övladınızın deyingənliyinin qarşısını almaq üçün zarafatdan istifadə edin. Belə ki, uşaq zarafatları çərçivəsində onu güldürün. Əlbəttə, bunu da bilməyiniz yaxşı olar ki, bəzi uşaqlar valideynlərinin zarafatından əsəbləşirlər və onların bəhanələri daha da şiddətlənir.
     4. Onu qucağınıza alıb sıxın və deyin ki, istəyirəm bu hərəkətlə sənin pis xüsusiyyətlərini sıxıb bədənindən çıxarım.
     5. Ona bəhanə gətirmək üçün 5 dəqiqə fürsət verin və deyin ki, həmin müddət ərzində deyinə bilər, ondan sonra isə deyingənlik vaxtı sona çatacaq. Deyingənlik üçün bu cür azad vaxtın verilməsi onun həmin hərəkətinin kökünü kəsəcək, yaxud onu azaldacaq.
     6. Bir üzündə şad və gülərüz, digər üzündə isə qaşqabaqlı və narahat uşaq şəkli çəkilmiş yeddi şəkildən istifadə edin. Övladınıza deyin ki, hansı gün deyingənlik etsə, həmin 7 şəkildən birinin üzünü o, qaşqabaqlı tərəfə çevirsin və əgər həftə sonu gülərüz və şad şəkillərin sayı çox olsa, ona hədiyyə verəcəksiniz.

Dr. Hüseyn Dehnəvi

Tövsiyyə olunan təqlər

Tövsiyyə kitablar

Muhsin Abbasivələdi

Bizim digər mənimiz

Seyid Əlirza Təraşiun

Cənnət kimi bir ev

Seyid Əlirza Təraşiun

Qadın sirləri