Bizimlə əlaqə saxlayın

Psixologiya

Psixoloqlar və təlim-tərbiyə mütəxəssisləri uşaqların oynaması məsələsinə çox təkid edirlər. Bu qədər təkidin səbəbi nədir?

30 Yanvar, 2025

Psixoloqlar və təlim-tərbiyə mütəxəssisləri uşaqların oynaması məsələsinə çox təkid edirlər. Bu qədər təkidin səbəbi nədir?

     Uşaqların oynamasına bu qədər təkid edilməsinin səbəbi onun əhəmiyyətidir. Oynamaq uşaqların ruhi, intellektual və əxlaqi inkişafı üçün mühüm amil sayılır. Həzrət Peyğəmbər uşağın uşaqlıqda dəcəllik etməsini onun ağlının artması amili, İmam Musa Kazım isə böyüyəndə onun təmkinlilik amili hesab edir.
     Uşaqlar oyun oynamaqla əylənir, ondan həzz alırlar. Bundan əlavə, onlar bu yolla həyati bacarıqları (paltar geyinmək, yemək yemək, nizam-intizama riayət etmək, növbəyə riayət etmək, başqaları ilə ünsiyyət qurmağı və s.) məşq edir və gələcəkdə özünün gündəlik işlərini daha yaxşı yerinə yetirə bilirlər. Oyun qaydaları uşağı ictimai həyatın qayda-qanunlarını daha yaxşı dərk etməyə və onlara əməl etməyə hazırlayır. Uşaq oyun zamanı nəyin yaxşı, nəyin pis olduğunu öyrənir. O başa düşür ki, oyuna qəbul edilmək üçün doğruçu, düz, ədalətli və intizamlı olmalıdır.
     Uşaqlar fədakarlıq, dostlara kömək, səbir və müqavimət, başqalarının hüquqlarına riayət etmək, başqaları ilə yola getmək, bir-birini başa düşmək, əməkdaşlıq, birlik, kollektiv fəaliyyətin dəyərli olması və s. kimi dəyərli əxlaqi və ictimai qaydaların çoxunu oyunda öyrənir. Oyunun əhəmiyyəti o qədər çoxdur ki, bu gün psixoterapiya mərkəzlərində "oyun müalicəsi" adlı xüsusi otaqlar ayrılmışdır. Bu işdə məqsəd uşağın oyununu müşahidə etməklə, yaxud uşaqla müalicəvi oyunlar oynamaqla onun bacarığını və müxtəlif cəhətlərdəki vəziyyətini öyrənmək, oyun vasitəsilə onun ruhi və ictimai problemlərini həll etməkdir. Məsələn, uşaq oyuncaq heyvanlarla oynayıb onları hansısa rola (öz roluna, ata, ana, bacı, qardaş roluna) salmaqla özünün ünsiyyət problemlərini, yaxud ailə üzvlərinin ruhi problemlərini büruzə verir və həkim onun oyununu müşahidə etməklə ona kömək edə bilir.
     Oyun əsnasında öz gəlinciyini (şalvarını islatdığı üçün) möhkəm cəzalandıran qız uşağı əslində anasının bu barədəki amansızlığından çəkdiyi əziyyəti büruzə verir. Kiçik oğlan uşağının oyuncaq ayı ilə oynayan zaman onu xoxandan və buna bənzər şeylərdən qorxutması valideynlərinin də onu qorxutmasının nişanəsi ola bilər.

Dr. Hüseyn Dehnəvi

Tövsiyyə olunan təqlər

Tövsiyyə kitablar

Seyid Əlirza Təraşiun

Cənnət kimi bir ev

Muhsin Abbasivələdi

Bizim Digər Mənimiz 5-6

Muhsin Abbasivələdi

Bizim Digər Mənimiz 1-4

Seyid Əlirza Təraşiun

Qadın sirləri