Bizimlə əlaqə saxlayın

Psixologiya

Mən övladımın özünəinam hissinə malik olub-olmadığını necə bilə bilərəm? Özünəinamın hansısa ǝlamətləri varmı?

16 Sentyabr, 2025 111

Mən övladımın özünəinam hissinə malik olub-olmadığını necə bilə bilərəm? Özünəinamın hansısa ǝlamətləri varmı?

     Özünəinamın bir sıra əlamətləri var. Onların ən mühümü aşağıdakılardan ibarətdir:
     1. Sərbəstlik hissi: Özünəinam hissinə malik olan uşaq öz şəxsi işlərində (təhsil, ibadət və s.) sərbəst davranır, valideyn və başqalarına bağlı deyil.
     2. Məsuliyyət qəbul etmək: O, məsuliyyət qəbul etməyi sevir və öz yaşına uyğun məsuliyyətdən boyun qaçırmır.
     3. Seçim qüdrətinə malik olmaq: O, cibxərcliyindən istifadə etmək, ayaqqabı, paltar və yazı ləvazimatı kimi şeylərin alınmasında seçim edə bilir.
     4. Yaradıcılıq: Özünəinam hissinə malik uşaq yaradıcılıq və yenilik əhli olur, təcrübə və yenilik etməkdən qorxmur və yeni təcrübələr etmək istiqamətində çalışır.
     5. Təhsildə uğur: Araşdırmalara əsasən, özünəinam hissi ilə öyrənmək bacarığı və nəticədə təhsildə uğur qazanmaq arasında qarşılıqlı əlaqə mövcuddur.
     6. Müsbət düşünmək və nikbinlik: Özünəinam hissinə malik olan uşaq özünün daha çox müsbət cəhətlərini görür və nikbin olur.
     7. Güclü ictimai ünsiyyət: O, dost tapmaqda və dostluq əlaqələrinin qorunub saxlanılmasında da bacarıqlıdır və özünün gözəl davranışı ilə başqalarına hörmət edir.
     8. Hiss və emosiyaların büruzə verilməsi: O, hiss və emosiyalarının (gülmək, ağlamaq, məhəbbətini büruzə vermək və s.) böyük bir hissəsini büruzə verir.
     9. Başqalarına kömək etmək: O öz bacarığına o qədər inanır ki, rahat şəkildə başqalarına da kömək edir.
     10. Öz bacarıqlarını təsdiqləmək: O öz ləyaqətinə inanır və öz bacarıqlarını təsdiqləyir. Belə ki, o, müvəffəqiyyətlərinə görə təriflənəndə onları qəbul edir, inkar etmir və hətta bəzən həmin bacarıqlarına görə özü özünü tərifləyir.
     11. Təsir qüdrəti: O, gözəl fərdi münasibətlərə malik olur və öz dostlarına, həmyaşıdlarına, ailə üzvlərinə, hətta müəllimlərinə təsir göstərə, onların qəlbinə nüfuz edə bilir.
     12. Riskə getmək: O, riskdən qorxmur və riskǝ getmək gücü yüksəkdir. Hansısa yeni fəaliyyət növü onun diqqətini cəlb edəndə əminliklə onunla məşğul olur.
     13. Uğursuzluqlara qatlaşmaq: O, məğlubiyyətlə qarşılaşanda (təslim olmadan) səbir edir və uğursuzluğuna səbəb olan amil barədə danışa bilir.
     14. Tənqid qəbul etmək: O, əsəbləşmədən və özünü müdafiə etmədən başqalarının tənqidini qəbul edə bilir.

Dok. Hüseyn Dehnəvi

Tövsiyyə olunan təqlər

Tövsiyyə kitablar

Seyid Əlirza Təraşiun

Cənnət kimi bir ev

Muhsin Abbasivələdi

Bizim Digər Mənimiz 1-4

Seyid Əlirza Təraşiun

Qadın sirləri