Bir yaşlı övladım hər şeyi bilməyə can atır və bəzən özü üçün təhlükə yaradır. Onunla necə davranım?
30 Oktyabr, 2024Bir yaşlı övladım hər şeyi bilməyə can atır və bəzən özü üçün təhlükə yaradır. Onunla necə davranım?
Bu yaşda uşağın hər şeyə can atması təbiidir. O, artıq sizin əlinizdə gəlincik kimi olmaq yaşında deyil. Bu yaşda onda kəşf etmək şövqü olur və həmin şövq onun üçün bəzi təhlükələr yarada bilər. Buna görə də, gərək, təhlükələrə (çox rahat aşan əşyalara, pilləkənlərə, barmaqlığı olmayan pəncərələrə), qazın üstündəki isti yemək qazanlarına, düymə, fiqur, dəmir pul, fındıq, badam və s. kimi kiçik şeylərə, dərmanlara, kəsici əşyalara, rozetkaya, çıxış qapılarına, elektrik avadanlıqlarına, hovuza, sınıq şüşələrə, zəhərli maddələrə və s. göz qoyasınız.
Sizin uşağa göz qoymağınız üzünüzdə vahimə ilə birgə olmamalıdır. Qorxu və vahimə ilə birgə olan nəzarət uşağı qorxaq və asılı bir şəxs kimi formalaşdırır.
Qoyun, o onun üçün təhlükəsi və zərər-ziyanı olmayan əşyalara əl vursun və onda olan bilmək həvəsini öldürsün. Övladınız təhlükəli iş görmək (elektrik naqilini dartmaq, isti qablara əl vurmaq, stolu itələmək və s.) istəyəndə əsəbi tərzdə “yox” və ya “eləmə" deməyin xeyri yoxdur. Bu kimi hallarda onun yanına gedin və uşağı otağın başqa tərəfinə aparıb qətiyyətlə "elə etmə" deyin ki, sizin nə demək istədiyinizi başa düşsün. Və tez onun xoşu gələn, onun üçün maraqlı olan və heç bir təhlükəsi olmayan oyuncağını ona verin və bu yolla fikrini yayındırın. Bu yaşda uşağın fikri çox tez yayınır və bunun anaya böyük xeyiri dəyir.
Əgər rozetkaya mismar soxmaq kimi təhlükəli işlər görürsə, əlinin arxasına yüngül zərbə vurun. Bu, söz ilə çəkindirməkdən daha təsirlidir və ona nə demək istədiyinizi daha aydın başa salır.
Əgər o, təhlükəli işləri davam etdirsə, ən yaxşı cəza müvəqqəti məhrumiyyətdir. Onu bir-iki dəqiqə stulda oturdun və yanında dayanın, məhrumiyyət müddəti sona çatandan sonra buraxın.
Dr. Hüseyn Dehnəvi