Bizimlə əlaqə saxlayın

Psixologiya

Qeyri-sabit süd verilməsinin qida sisteminə ziyanı varmı?

04 Mart, 2024

Uşağa qeyri-sabit süd verilməsinin onun qida sisteminə ziyanı varmı və bu, uşaq üçün problemlər yaradırmı?

Uşaqların südə ehtiyacı onların boy, çəki və aclıq dərəcələrinə görə bir-birindən fərqlənir. Buna görə də əgər sizin övladınız daim aclıq hiss edir və süd əmmək üçün ayılırsa, ona müsbət cavab verin və bu məsələdən nigaran olmayın.
Tövsiyə edirik ki, onun yataq otağının ayrılmasını 18 aylığına kimi təxirə salasınız. Çünki gecə sizin bir neçə dəfə yuxudan qalxıb uşağın otağına getməyiniz çox çətindir.
Əgər uşaqla birlikdə yatmağınıza baxmayaraq, sizin üçün gecə yuxudan ayılmaq və uşağa süd vermək yenə də çətindirsə, ona süd vermək zamanını ən azı 1-2 saat artırın. Doktor Uilyam Sirzin (William Sears) nəzərincə, bu zaman fasiləsi məqsədəuyğundur. Çünki onun nəzərincə, bu zaman fasiləsində (ananın südünün artmasına səbəb olan) prolaktin hormonu qanda sabit qalır və bundan artıq fasilədə öz təsirini itirir.
Əgər uşağa süd vermək sizə bu zaman fasiləsi ilə də çətindirsə, zaman fasiləsini bir yaşdan əvvəl üç saata, bir yaşdan sonra isə dörd saata kimi artıra bilərsiniz, əlbəttə, o şərtlə ki, hər dəfə uşağı tam doydurasınız.
Uşaq iki yaşına daxil olandan sonra onun gecə yarısı saat ikidəki əmizdirilmə proqramını da ləğv edə bilərsiniz. Əlbəttə, çox ehtimal ki, bir müddət (təqribən bir həftə) uşaq həmin vaxt ayılanda onun ruhi ehtiyacını ilıq su şüşəsi ilə təmin etmək məcburiyyətində qalacaqsınız.

Dr. Hüseyn Dehnəvi

Tövsiyyə olunan təqlər

Tövsiyyə kitablar

Seyid Əlirza Təraşiun

Cənnət kimi bir ev

Muhsin Abbasivələdi

Bizim digər mənimiz

Seyid Əlirza Təraşiun

Qadın sirləri