On beş yaşlı oğlum var və o, durmadan danışır. Onu necə normal hala sala bilərəm?
Bu, davranış pozğunluğu deyil. Buna görə də nə qədər ki günahla və başqalarının haqqının pozulması ilə birgə deyil, həssaslıq göstərməyin.
Çox danışmağın səbəbləri aşağıdakılardan ibarətdir:
1. Kompleksdən azad olmaq: Ola bilsin, siz uşaqlıqda ona danışmağa icazə verməmisiniz və indi o böyüyüb və artıq sizdə ona mane olacaq güc yoxdur və onun qarşısını almaq iqtidarında deyilsiniz və o, üzləşdiyi həmin kompleksdən azad olmaq istəyir. Bir müddət onu bu işdən çəkindirməyin və qoyun, bu hissini boşaltsın.
2. Diqqəti cəlb etmək: Yeniyetmənin diqqətə ehti yacı var. Siz onun danışması müqabilində həssaslıq göstərmək və onun davranışına diqqət etməklə, əslində onun bu əməlini daha da təsbit edirsiniz. Tövsiyəmiz budur ki, onun danışığına diqqətinizi azaldasınız və danışmadığı vaxtlarda ona daha artıq diqqət edəsiniz.
3. Etiraz: Əgər yeniyetmənin hansısa məntiqi və qanuni istəyi olubsa və siz ona müsbət cavab verməmisinizsə, indi onu yerinə yetirin. Çünki ola bilər, bu davranış sizə etiraz məqsədi daşısın.
Bir neçə tövsiyə
A. Ona başa salın ki, nə vaxt normadan artıq da nışmaq istədiyini hiss etsə, dilini 30 saniyə alt çənədəki dişlərinə sıxsın.
B. Ona İslam baxımından sükutun dəyərini izah edin. İmam Cəfər Sadiq buyurub: "Loğman öz oğluna dedi: “Oğul, əgər danışmağın gümüş olduğunu düşünürsənsə, (bil ki,) susmaq qızıldır".
C. Övladınızı çox danışmağın ziyanları ilə tanış edin. İmam Cəfər Sadiq bu barədə buyurur: "Mömin bəndə nə qədər ki sakit dayanıb, yaxşı əməl sahibi kimi yazılır, danışandan sonra isə ya yaxşı, ya da pis əməl sahibi sayılır".
Ç. Onun təfəkkürlə məşğul olmasına şərait yaradın. Şahmat kimi oyunlar, "kit" (sadə elektron sxemlər) kimi təfəkkürə ehtiyacı olan əyləncələr onun çox danışmasını azaldacaq.
D. Onun bu işində azalma müşahidə edən zaman təşviq və tərifi yaddan çıxarmayın.
Dr. Hüseyn Dehnəvi