Bizimlə əlaqə saxlayın

Psixologiya

Altı yaşlı övladım görmə əngəllidir və mən onunla necə davranacağımı bilmirəm. Xahiş edirəm, mənə yol göstərin.

06 Oktyabr, 2025 67

Altı yaşlı övladım görmə əngəllidir və mən onunla necə davranacağımı bilmirəm. Xahiş edirəm, mənə yol göstərin.

     Hər şeydən əvvəl siz, gərək, övladınızın bacarıqlarına inanasınız və qəbul edəsiniz ki, görmə qabiliyyǝti olmasa da, onun digər hissiyyat orqanları daha güclüdür və o, görmə qabiliyyəti olan uşaqlar qədər inkişaf etmək gücünə malikdir. Onun başqalarından fərqi daha artıq çalışmalı olmasıdır. Buna görə də onunla davranan zaman aşağıdakı məqamlara diqqət edin:
     1. Onunla təbii davranın.
     2. Ondan muğayat olmaqda ifrata varmayın.
     3. Onu səmimi qəlbdən sevin. Bu onun özünəinam hissinin güclənməsində təsirlidir.
     4. Onda özünəinam hissi yaratmaq üçün ona müxtəlif sahələrdə nailiyyətlər qazanmış korlardan nümunələr göstərin.
     5. Onunla digər övladlarınızla davranışınız kimi davranın və onu başqalarından seçməyin.
     6. Ona acımaqdan ciddi şəkildə çəkinin.
     7. Onun əşyalarının (asılqan, şkaf, stol, stul və s.) yerini dəyişməyin. Evin quruluşu onun rahatlığını artırır və problemlərini azaldır.
     8. Onunla çox danışın və onu çox söhbət etməyə həvəsləndirin. Söhbət onun təcrübə və idrakının dərinləşməsi üçün islahedici tədbirdir.
     9. Ona (yüngül də olsa) məsuliyyət tapşırın ki, məsuliyyət qəbul etməyi öyrənsin və böyüklük hiss etsin.

Dok. Hüseyn Dehnəvi

Tövsiyyə olunan təqlər

Tövsiyyə kitablar

Seyid Əlirza Təraşiun

Qadın sirləri

Seyid Əlirza Təraşiun

Cənnət kimi bir ev

Muhsin Abbasivələdi

Bizim Digər Mənimiz 5-6