Bizimlə əlaqə saxlayın

Uşaq tərbiyəsi

Övladım oyuncaqlarını həmyaşıdlarına vermir

22 Sentyabr, 2024

Üç yaşlı övladım oyuncaqlarını həmyaşıdlarına vermir. Bunda bir problem varmı? Əgər bu davranış qeyri-təbiidirsə, onu necə aradan qaldırmaq olar?

     Bu davranışın səbəbi daha çox təqribən üç yaşlı uşaqlarda mövcud olan mülkiyyətçilik hissidir və təbii sayılır. Bu hiss təqribən beş və ya altı yaşında azalır və uşaqlar bir-biri ilə daha rahat oynayırlar.
     Uşaqlar bu yaşda valideynlərini sevindirməyi xoşladıqları üçün onlara kollektivlik hissinin aşılanması və fədakarlıq ruhunun yaradılması üçün münasib şərait var.
     Heç vaxt övladınızdakı bu hissi aradan qaldırmağa çalışmayın. Onun mötədilləşdirilməsi üçün aşağıdakı yollardan istifadə edin.
      1. Belə bir qanun çıxardın ki, onun oyuncaqlarının bir neçəsi ancaq onun özünün olsun və onları heç kəsə verməsin.
      2. Onu oyuncaqlarının bəzisini (ancaq özünə məxsus olanlar istisna olmaqla) sizinlə müştərək istifadə etməyə təşviq edin. O öz əşyalarını valideynlərinə daha asan verir. Çünki valideynlərinin onları yaxşı qoruyacağından və ona geri qaytaracağından arxayındır.
     3. Siz də əşyalarınızın bəzisini, məsələn, hesab maşınınızı bir müddətlik onun ixtiyarına verin.
     4. Özünüzün də müəyyən şeylərdən ailənin digər üzvləri ilə də müştərək istifadə etmənizi ona əyani şəkildə göstərin.
     5. Çalışın, mətbəxdə bəzi sadə işləri (göyərtinin təmizlənməsi, salat hazırlanması və s.), həmçinin evin digər işlərini (təmizlik, pal-paltarın yığışdırılması, bəzi əşyaların tozunun alınması və s.) onun iştirakı ilə görəsiniz ki, müştərək fəaliyyəti əməli şəkildə öyrənsin.
     6. Ona deyin ki, evə qonaq gəlməmişdən qabaq həmyaşıdlarının ixtiyarına vermək istədiyi oyuncaqlarını ayırsın. (Onu əmin edin ki, həmyaşıdları oyuncaqları özləri ilə aparmayacaqlar və birdən əgər kimsə belə bir iş görmək istəsə də, siz buna icazə verməyəcəksiniz.)
     7. Ona oyuncaqlarla növbəli oynamağı öyrədin (və sizin istəyinizə əməl edəcəyi təqdirdə onu və həmyaşıdını yeməli bir şeylə təşviq edin).
     8. Kollektivçilik ruhu yaratmaq üçün ona ikinəfərlik oyuncaq alın ki, onunla oynamaq üçün başqa bir şəxsə ehtiyac olsun.
     9. Ona bir neçə dənə yeməli şey (bölünəcək sayda) verin ki, oyun zamanı həmyaşıdları ilə bölsün.
     10. Bu barədə onunla həmyaşıdları arasında gərginlik yaranan zaman ən yaxşı qabaqlayıcı tədbir onu həmyaşıdları ilə görüşməkdən müvəqqəti məhrum etməkdir.

Dr. Hüseyn Dehnəvi

Qadın kişi münasibətləri

Tövsiyyə olunan təqlər

Tövsiyyə kitablar

Muhsin Abbasivələdi

Bizim digər mənimiz

Seyid Əlirza Təraşiun

Qadın sirləri

Seyid Əlirza Təraşiun

Cənnət kimi bir ev