Bizimlə əlaqə saxlayın

Uşaq tərbiyəsi

Oğlum çox yamanlıq edir

05 Oktyabr, 2024

Beş yaşlı oğlum çox yamanlıq edir. Xahiş edirəm mənə yol göstərin, onun yamanlığı qarşısında necə davranım?

     Uşağın xarakterində yamanlığın olması təbiidir. Lakin, gərək, onu elə nəzarətdə saxlayasınız ki, həm özünə, həm də başqalarına xəsarət yetirməsin.
     İmam Əli buyurur:
     "Hər bir insanın təbiətində şər gizlənib".
     Yamanlıq 4-11 yaş arası güclənir ki, bunun da bir sıra səbəbləri var:
     1. Yamanlığa təşviq: Bəzi valideynlər öz övladlarının uşaqlıqdakı yamanlığından ləzzət alır və onu dolayısı ilə bu işə təşviq edirlər. Uşaqda yamanlıq görəndə elə körpəliyindən ona bu işindən narazı olduğunuzu başa salın.
     2. Pis örnəklər: Bəzən uşağın valideyni, yaxud həmyaşıdları yamanlıq edirlər və uşaq onlardan örnək götürür. Bu halda mühit sağlam olmalıdır.
     3. Diqqətin cəlb edilməsi: Uşaq bəzən başqalarının diqqətini özünə cəlb etmək üçün yamanlıq edir. Əgər onun yamanlığı müqabilində çox həssaslıq göstərirsinizsə, bir müddət ona əhəmiyyət verməyin. Əgər onun rəftarının səbəbi bu amil olsa, bu sizin övladınızda psixoloji boşluğun mövcudluğunun və onun daha çox diqqətə ehtiyacının olmasının göstəricisidir. Bu halda, gərək, yamanlıq etmədiyi vaxtlarda ona daha çox diqqət göstərəsiniz.
     4. İntiqam almaq: Uşaq bəzən valideynlər arasında konflikt olduğu üçün və ya valideynlər tərəfindən cəzalandırıldığına görə, yaxud özünü atılmış hiss etdiyi üçün yamanlığa əl atır. Yəni o, "yerdəyişmə" (display cing) qaydasına əsasən, öz narahatlığını və valideynlərinə etirazını yamanlıq etməklə göstərir.
     5. Kobud filmlər: Uşaqların onlara yamanlıq öyrədən kobud filmlərə tamaşa etmələrinə şərait yaratmayın.

Dr. Hüseyn Dehnəvi

Tövsiyyə olunan təqlər

Tövsiyyə kitablar

Seyid Əlirza Təraşiun

Cənnət kimi bir ev

Seyid Əlirza Təraşiun

Qadın sirləri

Muhsin Abbasivələdi

Bizim digər mənimiz